Sakit addımlarla qalxıb yuxarı,Bir qala zirvəyə çatdım, qayıtdım.Əlimdə oxşayıb tər yarpaqları,Otların ətrinə batdım, qayıtdım.

Tağ tağa söykənib, budaq budağa,Ətraf bürünübdü yaşıla, ağa.Yorğunluq yükünü bircə anlığa,Çiynimdən büsbütün atdım qayıtdım.

Bir yanda dincələn, bir yanda köçən,Bir yanda bulaqlar gözündən içən.Səsimi dəstəylə şığıyıb keçən,Quşların səsinə qatdım, qayıtdım.

Yuxum ərşə çıxıb yorğan-döşəkdə,Yaş da yaş hökmünü verir ürəkdəBir dilbər guşədə, bir sərinlikdə,Dünyadan xəbərsiz yatdım, qayıtdım.

Birdən çənə düşüb yol azan oldu,Ya çoban, ya həkim, ya ozan oldu.Bəlkə məndən sonra qızınan oldu,Dağlara bir ocaq çatdım, qayıtdım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets