Varıydı
Düşünürəm dədə-baba kəndimi,Dünyagörmüş qocaları varıydı.Qədirbilən ağ birçəkli nənələrQardaşları, bacıları varıydı.
Fərhad kimi qaya çapıb, daş yaran,Şux oturub, şux yeriyib, şux duran,Bəd ayaqda qoldan tutub, qaldıranBöyükləri, ucaları varıydı.
Qohum qonşu “can” deyib, “can” eşidər,Təsüf çəkər, ülfət qılar, ar güdər.Bayram günü evdən-evə pay gedərNoğul dolu xonçaları varıydı.
Nazına bax ördəklərin, qazların,Aşıq çalır, səsi qalxır sazların.Çaya enən gəlinlərin, qızlarınSənəkləri, dolçaları varıydı.
Çinarlarla çəpərlənib sağ-solu,Maşın yolu, fayton yolu, at yolu.Yemiş, qarpız, alma, armud qoxuluBostanları, bağçaları varıydı.
Kişiləri bir-birindən ürəkli,Qadınları səxavətli, çörəkli,İlk baharda əlvan güllü-çiçəkliQapıları, bacaları varıydı.
Axşam-sabah hava açıq, meh sərin,Torpaq geniş, meşə qalın, göy dərin.Dağ döşündə məclis quran gənclərinÇəmən adlı xalçaları varıydı.
Özüm getdim, gözüm qaldı o yerdəNecə dözüm bu əzaba, bu dərdə?Hüseyn Arif, nə tapmısan şəhərdəÖtən ömrün nə çağları varıydı.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-variydi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Bir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
YağışYağış gəlir yağa-yağa,Ya rəb, yağa bizim bağa,
Mürəbbə: Gənə yada düşdü sərxoş nigarımGənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.