Elə dikmə ulduzlara gözünü,Ulduz səndən, sən ulduzdan uzaqsan.Meşə bilib, meşə sanma özünü,Sabah qalxıb, axşam qopan budaqsan.

Nur ələnib hər gədiyə, hər qaşa,Milyon naxış vurulubdu dağ, daşa.Dünya evi yaranışdan tamaşa,Bircə şeyi unutma ki, qonaqsan.

Ay Hüseyn, demə nədir bu yoxuş,Bu yollarda neçə ömür yorulmuş.Ayrılıqdan daha çətin olurmuş,Biləndə ki, bir gün ayrılacaqsan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets