Aman, ağrı!
Aman, ağrı, ürəyimdən yapışma,Orda şər qarışır, orda dan atır.Sevinci hesabsız, kədəri sonsuz,Biri həsrət çəkir, biri naz satır.
Arzudur, əməldir, qoldur, qanaddır,Kükrəyib çağlayan canlı həyatdır.Gecəli-gündüzlü bir kainatdır,Gahdan Günəş doğur, gahdan Ay batır.
Orda qərar tutub Hüseynin özü,Aranı, yaylağı, dərəsi, düzü.Zal qızı Gülnazın bitməmiş sözü,Dilqəmin yaralı dastanı yatır.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-aman-agri
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bu yağışa dayanırmı dəmir, daş, görüm,Qalaydı xeyrin, ilahi, qapında kaş görüm!
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Məni başa düşmədilər bu zəmanədə…Mənə sözün, ixtiyarın verdi yaradan,Dedi:-sənə ilham, qələm qoy kömək olsun,
MənəmEy mənim ilən həmdəm olan bivəfa,Dərd əlindən ah-ü zarım var mənəm.