Bir də gəlləm
Bu göyə, bu günəşə,Bu aya bir də gəlləm.Bu gölə, bu dənizə,Bu çaya bir də gəlləm.
Vurğunam dağa, daşa,Hər gədiyə, hər qaşa,Bu payıza, bu qışa,Bu yaya bir də gəlləm.
Oyan, nə bərk yatmısan,Könüllər qanatmısan,Sən dünyaya qayıtsan,Dünyaya bir də gəlləm.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-bir-de-gellem
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
İllər ayrıcında
İllər ayrıcında, vaxt ayrıcında,Tale ayrıcında, baxt ayrıcında
Ay üzə, üzəAy nazənin, dərdin mənim canımıAz qalıb incəldə ay üzə, üzə.
İçindəSən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.
FərdDedim: kimdir pərişan eyləyən aşiqlər əhvalın?Səba göstərdi tari-sünbüli-zülfün ki: bu eylər