Saxladı məni
Ey enişli-yoxuşlu ömrün ömürsüz yolu,Ey həyat yaranışdan qüssə dolu, qəm dolu,İtirmək asandırmı yeganə, əziz oğlu?Bu sınaq meydanında cürət saxladı məni.
Qapıdan kəsilmədi gediş-gəliş bir an da,Dan yeri ağaranda, dan yeri saralanda,Balalar balam kimi boynuma sarılanda,Məhəbbət həyan oldu, hörmət saxladı məni.
Gah açıq nalə çəkdi, gah gizli yandı şair,İçindən yaralanıb, qana boyandı şair.Bir səs: – Gözlə özünü...Bir səs: – Amandı, şairQayğı, təsəlli dolu söhbət saxladı məni.
Baharım qışa döndü, yerlər, göylər qaraldı,Bulud bir də oynadı, şimşək bir də gurladı.Adım babamın adı, batırmıram bu adı,Dədə-baba dəyanət, qeyrət saxladı məni.
Könlümdə közərməmiş neçə qığılcım qalıb,Bir şeir marağında min-min oxucum qalıb,Qədirbilən kəslərə misilsiz borcum qalıb,Vətənimə, xalqıma xidmət saxladı məni.
Yenə meylim səfərdə, yenə fikrimdə aləm,Yenə Zalqızı Gülnaz, yenə yaralı Dilqəm,Yenə önümdə kağız, yenə əlimdə qələm,Zəhmətə qurban olum, zəhmət saxladı məni.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-saxladi-meni
Use ← → keys to move, R for a random poem
More by this author
Qayıdıbdır fikir, xəyal içindəO fikirli dayanana nə deyim?..
Yalan olar, bu boyda yox!Qan üstündən qan eylədin,Hamsını pünhan eylədin,
Söylə, yadındamı?Söylə yadındamı o axşam çağı?..Dinməyən mən oldum, dinən sən oldun.
Günəşmi odludur, sənmi odlusanBaxıram səmaya, ay uzaq deyil,İstəsəm mən ona çataram bu an.
Poems by other poets
Sənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Müxəmməs: Eşitdin etdiyini Şahsevən Əhməd xanınEşitdin etdiyini Şahsevən Əhməd xanın,Xahişi-zülmünü ol zalimi-biimanın,
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
SöyüşünSöyüşün, ey nəciblər, söyüşün!Fəxri-millət ədiblər, söyüşün!