Qayıdıbdır fikir, xəyal içindəO fikirli dayanana nə deyim?..Ayrılıqmı saçlarına salıb dən,Peşimandır, peşimana nə deyim?

Uzun olur məhəbbətdə imtahan,Nələr gəlib, nələr keçir xəyaldan.Can söyləyib, can eşitdik bir zaman,Heç bilmirəm mən o ana nə deyim.

Necə duydum hikmətini aləmin,Tarixi var hər sevincin, hər qəmin.Barış! – deyir dodaqları körpənin,Siz söyləyin, indi ona nə deyim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets