Qartalı dostları saxlayıb bir an,Dedilər: – Qəribə gəlhagəldi bu?Sərçə, kitab yazıb ala qarğadan,Bir ayın içində namizəd oldu.

Hazırdır toyuğun “elmi əsəri”Onu da böyüdüb qaldıracaqlar.Sən elə süzürsən tutub göyləri,Hərənin bir adı, bir rütbəsi var.

Qartal gülümsəyib söylədi bu dəm:– Uçmaq ilk eşqimdir, ilk niyyətimdir!Öz qartal adımı yaşada bilsəm,Bu mənim əbədi səadətimdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets