Bir həyat şairi var.Bir də vaxt şairləri.Eldən, gündən xəbərsizSaray, taxt şairləri.

Biri haqqa daş atar,Biri kölgədə yatar,Kim sevib, kim yaşadarBu bədbəxt şairləri.

Biri var, üzdəniraqHaça dil, hazıryaraqQapı-baca, künc-bucaqƏl-ayaq şairləri.

Hüseyn Arif, nə xəbərNə qədərmiş, nə qədərBaşsız başa keçənlərXalqsız xalq şairləri.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland