Qəzəl
Keçirmə vaxtını, ey dost, mərifət olmayan yerdə,Rəzalət hökmü fərmandır, həqiqət olmayan yerdə.
Dalınca min nəfər gəlsə, özünü arxalı sanma,Dəyanət olmayan yerdə, mətanət olmayan yerdə.
Küləkdən bir əsər yoxsa, keçib getməz duman, çiskin,Ümidlər, arzular puçdur cəsarət olmayan yerdə.
Yalanmış sevdayi-aləm, zəhər daddım gül əllərdən,Şəkər, şərbət də boş şeydir, məhəbbət olmayan yerdə.
Özüm də istəməzdim bil, itirdim əhdə ümidi,Hüseyn, bərkə çox düşdüm sədaqət olmayan yerdə.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-qezel
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Allahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Mana mehri ermədi sən məhliqanın, neyləyimMana mehri ermədi sən məhliqanın, neyləyim,Axın olmadı bu cövrü cəfanın, neyləyim.
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,