Gözümü zirvədən çəkən deyiləm,Qartal qanadını salana kimi.Üzülüb cərgədən qalan deyiləm,Palıd böyrü üstə qalana kimi.

Təbim çeşmə-çeşmə qaynamaq istər,Çəmənlə qarışıb, qaynamaq istər,Xəyalım şəfəqlə oynamaq istər,Aranı çən-çiskin alana kimi.

Çox verib imtahan, Hüseyn Arif,Çağlar zaman-zaman, Hüseyn Arif.Getməz qulaqlardan, Hüseyn Arif,Son aşıq sazını çalana kimi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring