Verirmi hökmünü axşam küləyi?Soyuqdan donurmu xəzan çiçəyi?Ocağı qaralmış ocaq yerininKəsirmi üstünü payız çisəyi?Şimşəkdən od tutub paralanırmıQaralmış göylərin bulud örpəyi?Alırmı ağzına dar dərələriGah enib, gah qalxan duman dənizi?Ot-alaq basıbmı bu vaxta kimiEnişdə, yoxuşda açdığım izi?

Aymı daldalanır, günəşmi batır?Əlikmi tövşüyür, maralmı yatır?Qartalmı qıy vurub qalxır qayadan,Məğrur dağ kəlimi qaşını çatır?Atlımı yolunu azıb keçiddə?Nə əlim yetişir, nə ünüm çatır,Möhnət sınağından keçə bilmirəm,Bir anlıq yuxu da mənə naz satır.Dağlarsız neyləsin dağlar həmdəmi?Dağlarsız nə yaman qəribsəmişəm,Görən dağlar mənsiz qəribsəyirmi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring