Əli çiçək, ayağı gül,Teli ipək, darağı gül,Üzü qönçə, yanağı gül,Boya onun nə vecinə?!

Günəş əridə dağları,Əriməz sinənin qarı.Başı buluddan yuxarı,Dərya onun nə vecinə!

Nə fələyə, fələk deyir,Nə illərə boyun əyir,Yerişindən yer titrəyir,Qaya onun nə vecinə.

Hər sözü duzlu-məzəli,Yüz işvəli, yüz qəmzəli,Sərxoşdur, dünya gözəli,Dünya onun nə vecinə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring