Tufan qalxıb söyüdləri əysə də,Nə palıda, nə çinara qıymasın.Xəzan yeli son bahara qıysa da,Baş aparıb ilk bahara qıymasın.

Daş kəsməsin çeşmələrin yolunu,Sel atmasın çiyələyin kolunu.Qızaranda təbiətin gül donuDüşən dolu çəmənzara qıymasın.

Bir dünyaya milyon oğul, qız gəlir,Sevinc gəlir, kədər gəlir, naz gəlir.Əsil şair az yaranır, az gəlir, –Vaxtsız ölüm sənətkara qıymasın.

Könül dinib, meşələri gəz deyər,O budağa, bu budağa söz deyər.Göy ot qalxıb çölü, düzü bəzəyər,Döş çəmənə, zirvə qara qıymasın.

Hüseynəm, könül verdim həyata,Məqsədinə kim çatmaya, kim çata.Bir ananı əvəz etməz yüz ata –Ana torpaq analara qıymasın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring