Sadə adamlara minnətdaram mən
Bir nazir sağında, rəis solundaQuruyub qalmadım müqəvvalar tək.Sadə maşın sürən bir dost yolundaYatmadım, dərələr, düzlər keçərək.
Bir özündən razı qudurğan kəsinSoyuq məclisində sağlıq demədim.Bir sadə daş yonub, kərpic kəsənin,Yanından salamsız ötüb getmədim.
Sadə bir aşıqla ülfət bağladım,Yüz nağıl eşitdim, yüz duzlu dastan.
Mərifət gözləyib, ağıl ümmadımElmsiz “Elmlər doktorları”ndan.
Başqadır cəlalı təbiətiminAran düzlərində, dağ döşlərində.Açıldı sabahı şeriyyətiminSadə bir çobanın gülüşlərində.
Bir sadə neftçilə çiyin-çiyinə,Buruqlar qoynunda coşub-daşmışam.Bir sadə, turşməzə meşəbəyinəKönül də açmışam, söz də qoşmuşam.
Sadə kolxozçuya olmuşam qonaqRahat nəfəs alıb, dincəlmək üçünKiçik bir addım da atmadım heç vaxtKiməsə, hardasa xoş gəlmək üçün.
Nə üzüm qaradır, nə dilim qısa,Çıxsam da alovlar, odlar içindən.Mərdliyim, saflığım az-çox qalıbsaSadə adamlara minnətdaram mən.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-sade-adamlara-minnetdaram-men
Use ← → keys to move, R for a random poem
More by this author
Budaq yavaş-yavaş qalxdı yuxarı,Gözündə getdikcə dəyişdi aləm.
Zirvədə buz üstdə ölür dağ kəliElə ki, yorulur qulağı səsdən,Gözündə daralıb, kiçilir yol, iz.
Ay dağlarSoyuyur cığırım, üşüyür izim,Budaqda titrəyən yarpaq görünür.
Görən dağlar mənsiz qəribsəyirmi?Verirmi hökmünü axşam küləyi?Soyuqdan donurmu xəzan çiçəyi?
Poems by other poets · Wisdom and advice
Əbləh oldur kim cahan mülkündə daim qəm qılar,Ey xoş ol kəs bivəfa dünyaya rəğbət kəm qılar
YetişdimLaməkan şəhrindən gəldim cana mən,Canlar əhli bir canana yetişdim.
Söhbət– Başında qalmayıb, çıxıbdır ağlınÜstünə bir dəli külək əsəndən...
Bizə elə gəlir ki...Ən gözəl şey bizdən uzaq olandı,Ən qiymətli – əlimizə çatmayan.