Qocalar
Gah çəliyə dirsəklənib dayanır,Gah daş üstə dincin alır qocalar.Gah əlini saqqalına aparıbDərin-dərin fikrə dalır qocalar.
Ağrıyanda özü doyar özündən,Yaş süzülür, qəm ələnər gözündən.Uşaq kimi uşağın da sözündən,Tez tutulub, tez daralır qocalar.
Yaxın başa, yad ayağa çəkəndə,Biri bağa, biri dağa çəkəndə,Gəlin sola, oğul sağa çəkəndəÜmidini daşa çalır qocalar.
Cavanlığın qoxusunu itirib,Tay-tuşların çoxusunu itirib,Gecə yarı yuxusunu itirib,Sübhə kimi oyaq qalır qocalar.
Qayalarda harayları, ünləri,Sevincləri, qəzəbləri, kinləri,Buludlara axıb keçən günləriBuludlardan gəlib sorar qocalar.
Aylar, illər sovuşsa da yel kimiSehirlidir xatirələr aləmi.Xatırlayıb Koroğlunu, KərəmiSöhbət açıb, məclis qurar qocalar.
Qızmar yayda ayrılmayır sərindənQəlyan çəkib, köks ötürür dərindənBir-birinə dirsəklənib yerindənAğır-ağır qalxıb durur qocalar.
Can neyləsin, hökmü verən zamandı,Gözdən düşüb, sandan çıxmaq yamandı.A yoldaşlar, a qardaşlar, amandı,Göynətməyin, kövrək olur qocalar.
Əsən külək, yarpaq tökən budaqdı,Döyən yağış, sönüb keçən ocaqdı,Necə deyim, ikigünlük qonaqdı,Axşam açıb, sabah solur qocalar.
Ey Hüseyn, gənclik hara, sən hara!..Dolu gəlir, sür köçünü kənara.Qocalıqmı çəkən səni onlara,Qocaları yada salır qocalar.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-qocalar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Çəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
بگذار ره صومعه، کان دور و درازستبنشین بدر میکده، کان خانه رازست