Kef üstündə kefimiziGəldi, sordu meşəbəyi.– Buyur! – dedik, atdan enib,Bardaş qurdu meşəbəyi.

Qamçısını atdı sola,Çantasını çəkdi dala.Şirin-şirin, bala-balaBizlə vurdu meşəbəyi.

İsti kabab, təzə fətir,Doymaq olmur, yenə gətir.Bığlarını arada birEşib burdu meşəbəyi.

Altımışı verib yeləDüşməyibdir ruhdan hələ.Qarşıdakı bir gözələGöz də vurdu meşəbəyi.

Yatdı biri – keflənərək,Birini də yıxdı külək.Hüseynlə axıradəkMöhkəm durdu meşəbəyi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets