Zirvədə buz üstdə ölür dağ kəli
Elə ki, yorulur qulağı səsdən,Gözündə daralıb, kiçilir yol, iz.Elə ki, qocalıb, düşür həvəsdənZirvəyə çəkilir səssiz-səmirsiz.
Elə zirvəyə ki, buz qayalarıOrda sana gəlməz, hesaba gəlməz.Aranda bir günə əriyən qarıGünəş əsrlərlə əridə bilməz.
Yavaşca söykəyib buza üzünüYatır, nə inilti, nə ah, nə aman.Beləcə dağ kəli yumur gözünü,Beləcə dağ kəli köçür dünyadan.
Neçə daş yarası, daş nişanəsiDurur, ayağında, dırnaqlarında,Ağzından son dəfə çıxan nəfəsiQalır buza dönüb dodaqlarında.
Buynuzlar kəllədə qoldan yoğundur,Görüb tufanları, görüb selləri.Buynuzlar necə də buğum-buğumdur,Buğumlar kəllədə ömrün illəri.
Ağladanı bulud, yoxlayanı çən,Göylər axşam-sabah dolub-boşalır.O sərt buynuzları dindirib hərdənQartallar, quzğunlar hay-haray salır.
Üstünə ələnən birəm-birəm qarAğarır saçlara düşən dən kimi.Düzülür boynuna inci damcılarDüzülür muncuqlar düzülən kimi.
Elə ki, vaxtını bilir dağ kəliDərəyə, təpəyə, döşə burulmur.Zirvədə buz üstdə ölür dağ kəliTorpağa yük olmur, daşa yük olmur.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-zirvede-buz-ustde-olur-dag-keli
Use ← → keys to move, R for a random poem