Dünyaya göz açdın Ağstafada,Belə bir tarix də düşəcək yada.Ömrün bir ilini qoydun arxada,Yüz il indən belə yaşar Turalım.

Gül yanaq, gül dodaq, gül üz, gül sinə,Daha bundan başqa nə deyim sənə.Baxır heyran-heyran gəlib-gedənə,Atılıb-düşməyi xoşlar Turalım.

Bir də görürsən ki, dalıb xəyalaİstəyir özünü üstümə salaSaçları sarıdır, gözləri ala,Cüyür balasına oxşar Turalım.

Misaldır hərənin öz kökü, zatıSevinci, kədəri, toyu, büsatı.Hüseyn Arif tək duyar həyatıYazıb-yaratmağa başlar Turalım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets