Nəs ildə yarandım, nəs günə düşdüm,Nəs saatda iras gəldim nəsinə.Aşıq deyər nə sinə?Mail oldum nə sinə?Mən çalışdım düz ola,İşim getdi nəsinə.Nə sində nəsindən dərsimi aldım,Nəs oxudum nəsi yazdım nəsinə.

Altımışda geri düşdüm, nə sindi?Bəxtim yatdı, işim getdi nəs indi,Aşıq deyər nə sindi?Keçirdiyin nə sindi?Xeyir işdi qabaqda,Gəl danışma nəs indi.Kamil ovçu nə ox atdı, nə sindi,Maral keçdi nə dayandı, nə sindi.

Miskinli Vəliyəm deyim nəsə mən,Nəs yol tutsam, tuş gələrəm nəsə mən,Aşıq deyir nəsə mən,

Nəs olmadım nəsə mən,Nəs gəzmirdim, bəs niyə,Qarşı gəldim nəsə mən?Nəs bitirdim, nəs yetirdim nəsə mən,Nəs götürdüm, nəs apardım nə sinə?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets