Tamah
Neçə dəfə eyləmisən,Məni bəxti qara, tamah!Neçələrin neyləmisən,Salmısan azara, tamah!
Göndərib dağa-arana,Yolda salıbsan borana,Necə qıydın şux tərlana,Tuş eylədin sar,a tamah!
Dolu paylar çöndərirsən,Xeyri şərə döndərirsən,Çoxlarını göndərirsən,İtkin diyarlara, tamah!
Şöhrətə inandırırsan,Həqiqəti dandırırsan,Çoxlarını yandırırsan,Gur ataşa, nara tamah!
Qəsd edirsən insanlara,Eyləyirsən bəxti qara,Vəlini çəkib bazara,Satırsan aşkara tamah!
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-tamah
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Nəs gündə yaranan nəs günə düşər,Nəs gedər dünyadan nəs aqi bilər.
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Bacı-qardaşKənddə bir tanınmış həyət-baca var,Burda günlər keçir sakit, mehriban.
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.