Eylədi
Təbiət birini kobuddan kobud,Birini zərifdən zərif eylədi.Birini camalla çəkdi zirvəyə,Birini kamalla təltif eylədi.
Hərə bu dünyada gəzdi eynini,İşlətdi başını, yordu beynini.Bayquş boz qanqala saldı meylini,Bülbül qızılquşu tərif eylədi.
Sevincə də baxdım, qəmə də baxdım,Sevinc də baxtımdı, kədər də baxtım,Tək sevinc olsaydı, kim olacaqdım,Qəm məni Hüseyn Arif eylədi.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-eyledi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wisdom and advice
Qılmayan canın fəday ol dilbəri-cananına,Cahili-nadan imişlər rəhm gəlməz canına.
Bir söylə görüm...Bir söylə görüm məktəbi-irfan nəyə lazım?Təhsili-ədəb, dərsi-dəbistan nəyə lazım?
Ana xeyir – duasıDərin kamalından olaraq xoşhalÖzündən xəbərsiz xəyalımda mən
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,