Ətirli bağçaya, şehli çəmənə,Lilparlı bulağa sən mənimlə get,Arabir dənizin dalıb seyrinə,Yaxına, uzağa sən mənimlə get.

Gəzək obaları, gəzək elləri,Hər kəndə, şəhərə sən mənimlə get.Gəl bölək sevinci, bölək kədəri,Həm xeyrə, həm şərə sən mənimlə get.

Haranı bəyənib seçəsi olsam,Oraya, ey sənəm, sən mənimlə get.Bir gün bu dünyadan köçəsi olsam,Tək onda demərəm sən mənimlə get.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring