Neçə baharla, payızla
Neçə baharla, payızlaYox oldu ömrün illəri,İndi məni düşündürür,O dünyanın fəsilləri...
Cənnətə gəlirmi bahar,Cəhənnəmdə olurmu qış?O dünyada ölüm yoxsa,Burdakı ölümə alqış...
Payız varsa, nazik kəfənSaxlamaz yağış yaşını,Onda alıb geyinərəmƏzrayılın plaşını...
Ağlım bir şey kəsən gündənDüşündüm, o dünya nədir?Guya illərlə yaşayıb,Bilmişəm, bu dünya nədir...
Bacarsaydım dəyişməzdim,İnanın, mən ölüm, mənə,Bizim doğma cəhənnəmiO dünyanın cənnətinə...1997
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-nece-baharla-payizla
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Bir namə yazım, badi-səba yarə yetirsin,Şərhi-qəmimi ol büti-xunxarə yetirsin.
Kül yarpağı, o ləli-dirəxşanə oxşamazKül yarpağı, o ləli-dirəxşanə oxşamaz,Bülbül fəqanı çəkdiyim əfqanə oxşamaz.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
QızlarınFəsli bahar, yaz ayları gələndə,Açılar qoynunda gülü qızlarm.