Düşür yadıma hərdənMəktəb həyətində mənYoluna göz dikərdim,Qəlbim sızlardı birdənSən dərsə gəlməyəndə.Durub-durub anardım,Gizli-gizli yanardım.Neçə dostun içindəÖzümü tək sanardımSən dərsə gəlməyəndə.

Zəng səsi ucalardı,Uşaqlar söz alardı...Gözlərim boş masanda,Fikrim çöldə qalardıSən dərsə gəlməyəndə.

Dözməyib buna, bəzənDüşüb gah da həvəsdən,Nə danım həqiqəti,Qaçardım mən də dərsdənSən dərsə gəlməyəndə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets