Qanım damarımda çağlamasaydı,Zalımlar qanımı içdi, deyərdim.Həzilər yadları dağlamasaydı,Fələk Kərəmləri biçdi, deyərdim.

Hay vurub, qıy vurub, ünləməsəydim,Dərəyə burulub, çənləməsəydim,Qayada qartalı dinləməsəydim,Koroğlu dağlardan köçdü, deyərdim.

Ay doğub, hökmündə dayanmasaydı,Ulduzlar göz açıb, oyanmasaydı,Günəş üfüqlərdən boylanmasaydı,Babəkin çırağı keçdi, deyərdim.

Nənəm laylasını oxşamasaydı,Kim idim, o məni oxşamasaydı.Oğul atasına oxşamasaydı.Dünya başdan-başa heçdi, deyərdim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets