Yığılmır yollardan fikrim, xəyalım,Görən bu çöllərdə kimim var mənim?Sazda “Kərəmi”yə qoşulan səsim,Kamanda inləyən simim var mənim.

Kəsilib qapıdan gedib-gələnim,Yox mətləb qananım, qədir bilənim.Dumanlar içində yorğun köhlənim,Tufanlar qoynunda gəmim var mənim.

Hüseyn, nə oldu qönçə niyyətim?Daşlara toxundu ilk məhəbbətim.Özgəni güldürən sözüm, söhbətim,Özümü ağladan qəmim var mənim?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets