Eniş, yoxuş bir-birinin davamı,Dağ dərəyə, dağa dərə bağlıdır.Ölüm, həyat yanaşıdır əzəldən,Şər xeyirə, xeyir şərə bağlıdır.

Nur ələnib, bağça-bağa yeriyər,Göy dənizə, boz torpağa yeriyər.Bir ümmanda neçə dalğa yeriyər,Neçə yürüş, bir səfərə bağlıdır.

Dağlar açar sinəsini selilə,Düzlər yayar mahnısını yelilə.Təbiətin min sehirli teliləAy Günəşə, Günəş Yerə bağlıdır.

Gahdan gülər, gahdan ağlar fikrimiz,Qanad açar, qanad bağlar fikrimiz.Misralarda coşub çağlar fikrimiz,Şeir fikrə, fikir şerə bağlıdır.

Yaşamadı qorxa-qorxa, Hüseyn,Güvəndikcə doğma xalqa, Hüseyn.İnanmıram yaddan çıxa, Hüseyn, –Şair ömrü ömürlərə bağlıdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets