Məndən təzə şeir xəbər alan dost,Bəs yazın gəlməsi şeir deyilmi?!Gəzməyə çıxanda – çölün, çəməninÜzünə gülməsi şeir deyilmi?!

Yenə gözüm qalıb bağçada, bağda,Min-min gül açıldı aranda, dağda.Eyvana əyilən çarpaz budaqdaBülbülün nəğməsi şeir deyilmi?!

Seyr elə hüsnünü göydə dumanın,Qayada kəkliyin, göldə sonanın.Aynabənd otaqda gəlin anamınŞirin layla səsi şeir deyilmi?!

Dərədə moruq dər, döşdə çiyələk,Gah yağış xoş gəlir, gah sərin külək.Yaş ötür, doymayır dünyadan ürək, –Yaşamaq həvəsi şeir deyilmi?!

Kim deyir şerin meydanı dardır?Sonu görünməyən bir ilk bahardır.Necə ki, həyat var şeir də vardır, –Həyatın nəfəsi şeir deyilmi?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring