Saxlaya bilməz
Söyüddən bir paya düzəltdi bağban,Çəpərin ömrünü uzatmaq üçün.Bir ucu güc aldı gündən, havadan,Bir ucu torpağa işlədi hər gün.
Öpdü bahar fəsli su ayağını,Ətrini səhərin ətrinə qatdı.Tikanlar didsə də göy yarpağını,Qalxıb hər tərəfə qol-qanad atdı.
Nəhayət, içindən pozdu çəpəri,Onun qollarını bağlamaq olmaz.Ağactək böyümək istəyənləri,Payatək çəpərdə saxlamaq olmaz.
Kitabxana.az · https://kitabxana.az/en/works/huseyn-arif-saxlaya-bilmez
Use ← → keys to move, R for a random poem
More by this author
Budaq yavaş-yavaş qalxdı yuxarı,Gözündə getdikcə dəyişdi aləm.
Zirvədə buz üstdə ölür dağ kəliElə ki, yorulur qulağı səsdən,Gözündə daralıb, kiçilir yol, iz.
Ay dağlarSoyuyur cığırım, üşüyür izim,Budaqda titrəyən yarpaq görünür.
Görən dağlar mənsiz qəribsəyirmi?Verirmi hökmünü axşam küləyi?Soyuqdan donurmu xəzan çiçəyi?
Poems by other poets · Nature and spring
Olur hərçənd can şirin, vəli canan yerin tutmaz,Bir-iki üç nəfəs bir ömri-cavidan yerin tutmaz.
Sən görən deyiləm mən, sənsə elə o ləlsən.Varmı?Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
Vətən yazıqSolubdur «Xarı bülbül»lər, olubdur bu çəmən yazıq,Uçubdur sarı bülbüllər, qalıb sərvi-səmən yazıq.