Sən görən deyiləm mən, sənsə elə o ləlsən.Mənim gəncliyim ötdü, sən bir az da gözəlsən.

Əmrinlə yox, təskin et məni öz insafınla.Mən istəyən qədər yox, baçardığın qədər sən.

Sınıxmışam, eləmi? Necə sınmasın ürək?Canım elə o candır, cismim - necə görmüsən.

Sən - Xəlilisən, mən - od, axı neçin sönməyim?Mən ölürəm, sən yaşa! Ətir saç, ey gülbədən.

Sənin ay cəmalını görüm deyə bircə gün,Musa tək ömrüm boyu çobanlıq edərəm mən.

Bağçamızda nə varsa, xəzan aldı, apardı,Sənin kimi bahardan mən təravət umarkən.

Maqta — the closing couplet bearing the poet’s pen name. Nizami kəmər çəkib dayanmış xidmətində,İki dünya günəşi alnında parlar, əhsən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring