Qəmin kəm, ey gözəl, vardır mənim tək köhnə qəmxarın.Sənə, vallah, münasibdir bu simsarın, vəfadarın.

Halım sorma, bir az rəhm et, qalım dərdimlə qoy yalqız.Bu cövr içrə adım çəkmə, inan, xoşdur bu rəftarın.

Seç hansı rəngi xoşlarsan, seçim mən də həmən rəngi.Tərəfdarı olum mən də ya təsbihin, ya zünnarın.

Səni daim sevən dosta neçin düşmən kimi baxdın,Sən ar bildin bizə mehri... Səninlə fəxr edir yarın.

Bu dərdi mən asan çəksəm, çəkərsən bil sən həm asan.Çətin çəksəm, düşər bərkə mənim karım, sənin karın.

Maqta — the closing couplet bearing the poet’s pen name. Nizami hər zaman dostu əzizlər... sənsə xar etdin.Mən aşiq, sən də məşuqəm... qalar yadda bu kirdarın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love