Hər gecə umar könül ki, bu gecə gələr baharım,Bu qərara gəlməsə yar, kəsilər mənim qərarım.

Başqa gözlərə baxanda gözü nərgizə dönən yar,Nə üçün tikan olur bəs, bizə qəmzən, ey vüqarım!

Neçə düşmənim gülür ki, bizə yad ona yaxınsan,Sifətim yanır həyadan, necə yarsan, ey qubarım!

Mənə düşmən olsa dünya, yenə qorxmaram inan heç.Təki ərk ilə bir axşam qapımı qıra nigarım.

Necə sən hümasan, ey can, ələ düşməyin nə müşkül,Nə gözə şikar olursan, nə də qəlbə, ey xumarım.

Maqta — the closing couplet bearing the poet’s pen name. Hər sevən sanır onunsan, leyk sən Axistanınsan.Get, ona yaxınlaş, ey can, a Nizamidən kənarım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love