Hər cilvəni Tanrım sənə əlan
Sanki özü göndərib səmadan.

Sev, oxşa məni öpgülərinlə,
Hər busə - murad, aşiqə ehsan.

  • Qəlbim,- dedim, - hardadır? O güldü:
  • Orda ki yeri həmişə pünhan.

Qanımla əlin yumaqmı istər?
Qan-yaş tökürəm, yusun da canan.

Nə qəlbi gözəl, nə xülqi əla,
Olsunmu ona Nizami qurban?!

Mümkünmü deyim nəvazişindən,
Əhvalını sorsa Qızıl Arslan?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love