Öz yaman halımı açdım sənə, diqqət verəsən,O qara gözlərinə azca nəsihət verəsən.

Bəlkə məndən də betər sən vurularsan özünə,Baxmağın şölə sala, aynaya zinət verəsən.

Tutar ahım deyibən qorxudan ah çəkməmişəm,Bəs rəvamı mənə sən bunca məşəqqət verəsən?!

Ey dağım, ey dayağım, qıyma yada arxalanım,Umuram könlümə qüdrət və mətanət verəsən.

Sən zənəxdan quyusundan çıxar öz Yusifini.Bir vəfa dolçası göndər ki, şəfaət verəsən.

Al qanım nafə kimi tez quruyan müşkə dönər,Hopdurub saçlarına, qanıma cürət verəsən.

Necə üzr istəyim, ey gül ki, dilim lal olmuş,Qorxuram əfv edəsən, bir də xəcalət verəsən.

Maqta — the closing couplet bearing the poet’s pen name. Qul Nizamindi coşan, yoxsa dərin dəryadır,Sarbanam, bəlkə vəfadan mənə xələt verəsən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love