Sən ey yüz min cana dinclik verən can,Ey bütün aləmin qibləsi olan!

Gəlirsən... baharsan, yoxsa laləzar,Qoynunda bənövşə, süsən, ərğəvan.

Qarşında göyləri diz çökdürmüsən,Ey sərvlər təkin bayraq qaldıran!

Açdın nəfəsinlə min-min qönçəni,Ey neyşəkər kimi kəmər bağlayan!

Neçə ki, macal var, şadlan, qanadlan,Ələ düşəcəkmi bir də bu dövran?!

Necə sürətlidir ömür köhləni,Barı cilov çəkib üçcə gün dayan.

Çox görmə qapını Nizamiyə sən,Ey dodaq möhürü Yusifin olan!

Maqta — the closing couplet bearing the poet’s pen name. Sənsən eşq tacı, gözəllər şahı,Necə ki, aləmin şahıdır Arslan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring