Sevgilim, təzəcə açılır bahar,Yaşıla bürünür yer təzə-təzə.Yüz damla şeh düşür bir yarpaq üstə,Yanır yanağında zər təzə-təzə.

Nəğməsini oxu, laylasını çal,Səni uzaqlara aparsın xəyal.Gülün dodağından süzüləndə bal,Zərif əllərinlə dər təzə-təzə.

Ömrümün həmdəmi, könlümün yarı,Boylan zirvələrə, dağlara sarı.Çökməmiş dumanı, yağmamış qarı,Qəlbini torpağa ver təzə-təzə.

Çəmənlər göyərsin, çiçəklər açsın,Arzular böyüsün, diləklər açsın.Qoy bu gün yaxanı küləklər açsın,Sinəni yellərə gər təzə-təzə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring