Yayın son ayında, köç vədəsində,Qurtarır dövranı, vaxtı yaylağın.Yarından ayrılan gözəllər kimi,Bağlanır kitabı, baxtı yaylağın.

Haraylı günlərin çatır axırı,Yağışın, dolunun çıxır paxırı.Yellənir sürüsü, enir naxırı,Dağılır, sökülür taxtı yaylağın.

Ayrılıq alnında açır şırımlar,Qaşına toy tutur bu ildırımlar.Sökülən dəyələr, dolan qarımlarQəlbini yandırdı-yaxdı yaylağın.

Sinədə tükənməz nəğmədi, səsdi,Bu dövran doqquz ay ellərə bəsdi.Bu da bir ömürdü, gündü, həvəsdi,Sərvəti arana axdı yaylağın.

1977, 28 avqust

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate