Gedirəm, ayrılıq çətin olsa da,Anamın laylası, yola sal məni.Həyatım, varlığım demişəm sənə,Ömrümün mənası, yola sal məni.

Oduna yandığım ocağın közü,Aylı gecələrin söhbəti, sözü,Sərin çeşmələrin qaynayan gözü,Suların aynası, yola sal məni.

Mən ki vurğunuyam bağçanın, bağın,Çiçəklər, başıma yağıştək yağın.Hər axşam başına döndüyün dağın,Çəməni, yaylası, yola sal məni.

1977, 14 iyul

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring