Gözəllik önündə
Bu Oğuldərədən söhbət açmağaİlhama söykənən ağıl gərəkdi.Üzündən, gözündən şeriyyət yağan,Bir döşü atlanan oğul gərəkdi.
Burda mən kim idim, danışam, dinəm,Şair də, rəssam da təbiət idi.Tez-tez qabarırdı fərəhdən sinəm,Hər suyun axarı bir hikmət idi.
Bu Qızılqayadı, bu Qatar qaya,Hər biri qol açıb gəl-gəl deyirdi.Baxmaq istəyəndə gözəl dünyaya,Uç mənim qoynumda, yüksəl deyirdi.
Göylər səyirdirdi belədən-belə,Külək qamçısıydı, bulud atıydı.Mən fikir verirdim yağışa, selə,Hər anı bir qoşma, bir bayatıydı.
Qalxıb ucalara, enib dərinə,Həvəslə hər yana göz gəzdirirdim.Sinəmin altında ürək yerinə,Ocaq alışdırıb, köz gəzdirirdim.
Bu Oğuldərədən söhbət açmağaİlhama söykənən ağıl gərəkdi.Üzündən, gözündən şeriyyət yağan,Bir döşü atlanan oğul gərəkdi.1977, 23 iyul Laçın
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-gozellik-onunde
Use ← → keys to move, R for a random poem
More by this author
Həyatın verdiyi dərdə, sevincə,Hamı bir sevinə, hamı bir yana.
Bir yuxu görürdüm...Yoluna düşmüşdü bütün işlərim,Bilmirdim nizamı pozulacaqmış.
DedimBaşım üstdən böhran keçdi,Sözüm səni çapar, dedim.
Əməkdə, zəhmətdə, hərəkətdədirƏməkdə, zəhmətdə, hərəkətdədir,Həm beynim, həm qəlbim, həm əlim mənim.
Poems by other poets · Wisdom and advice
Sübh açılantək oyanır uyğudan,Bir gülü-gülzari-dəbistan çocuq!
On beş ilBəlkə məni nəzərindən salan var,Yada salmaz üç il, beş il, on beş il.
Şimdi hər millət edir nəfsini irfanə fədaŞimdi hər millət edir nəfsini irfanə fəda,Vətən övladı üçün elmə, dəbistanə fəda.
Ağlama Nigar, ağlamaÜrəyimi eləyib qanAğlama Nigar, ağlama...