And yerimiz
Vətən bizim qibləmiz,Vətən eşqi şahımız.Unutsaq bu hikməti,Yuyulmaz günahımız.
Qar oldu, ayaz oldu,Gah qış, gah da yaz oldu.Qılınc oldu, saz olduƏn kəskin silahımız.
Getsin duman-çənimiz,Sünbüllənsin dənimiz.İtməsin dünənimiz,Batmasın sabahımız.
Göydədi sönməz işıq,Göydədi yar-yaraşıq.Göylərə bağlanmışıq,Yerdə qalmaz ahımız.
Bir arzunun şamıyıq,Bir sevginin camıyıq.Biz Allah adamıyıq,Eşidər Allahımız.
Gəz, dolan, baxdıqca bax,Nə çox dünyada torpaq.Azərbaycandır ancaq,Andımız, “vallah”ımız!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-and-yerimiz
Use ← → keys to move, R for a random poem