Mən olaydım
Əlində bir dəstə gül, dağdan düzə enəndə,Gözəlin dodağında bayatı mən olaydım.Payız toylar başlayıb, el arana dönəndə,O istəkli dilbərin həyatı mən olaydım.
Rəssam olsa, lövhəsi, memar olsa, sarayı,Şair olsa, qələmi, dəftəri mən olaydım.Çataydı qulağına qəlbimin hay-harayı,Alim olsa, ən böyük əsəri mən olaydım.
Nə qədər gözlərindən çəkilsəm də qırağa,Əziz günü, bayramı, şənliyi mən olaydım.Könlümü bənzədəydi şölə saçan çırağa,Başının ucalığı, mənliyi mən olaydım.
Könlü istəyən yerə addımını atanda,Hər dəqiqə, hər saat gərəyi mən olaydım.Uzun sözün qısası,Sinəsində döyünən ürəyi mən olaydım.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-men-olaydim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Yoxdur səbatı fəsli-gülün, ey həzar, heyf,Bir göz yumub açınca keçər nobahar, heyf
Təzə ilVaxtdır qədəhləri qaldırın dostlarİçək təzə ilin şərəfinə biz;
Əcəm qızıAhu gözlü, şux baxışlı, qəddi dal əcəm qızı,Ləbi qönçə, yanağı gül, siyah tel əcəm qızı,
Bayram şəhəriYarpaqları qızarmışAğacların budağı