Buz baxışlar sıxar, tökər,Xıncım-xıncım əzər məni.Bir körpənin təbəssümü,Çiçək kimi bəzər məni.

Dağ başına duman gələr,Yaxşı gedər, yaman gələr.Haçansa bir insan gələr,Əldə çıraq gəzər məni.

Sevgim dərdə qənim olsa,Sünbüllərdə dənim olsa,Haqqın gücü mənim olsa,Yıxa bilməz nəzər məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring