Yuxunun əlindən alıb gecəni
Yuxunun əlindən alıb gecəni,Bir sirdaş olmuşam əriyən şama.Yanmışam hər sözün istisində mən,Yazmışam gözümdən yaş dama-dama.Səhərin yanına üzüağ gəlib,Varlığım güvənib eşqə, ilhama.Gecəni gündüzə qata bilməsə,Kim çatar arzuya, kim çatar kama.
1974, 23 yanvar
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-yuxunun-elinden-alib-geceni
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Mari-siyahi-zülfün edər xanə könlümü
Mari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
GörünürUzaq-uzaq dağ başındaTala-tala qar görünür.
Azərbaycan bayrağınaTürküstan yelləri öpüb alnınıSöyləyir dərdini sana, bayrağım!