Türküstan yelləri öpüb alnınıSöyləyir dərdini sana, bayrağım!Üçrəngin əksini Quzğun dənizdənƏrməğan yollasın yara, bayrağım!

Gedərkən Turana çıxdın qarşıma,Kölgən dövlət quşu, qondu başıma!İzn ver gözümdə coşan yaşıma -Dinlətsin dərdini aha, bayrağım!

Qayı Xan soyundan aldığın rəngi,Qucamış Elxanla, müsəlman bəgi.Elxanın övladı, dinin dirəgi,Gətirdin könlümə səfa, bayrağım!

Köksümdə tufanlar gəldim irəli,Öpüm kölgən düşən mübarək yeri!Allahın yıldızı, o gözəl pəri,Sığınmış qoynunda Aya, bayrağım!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets