Qoy külək dayansın, ay süpürgəçi,Süpürmə, zəhmətin yelə gedəcək.Bakının bu dəli küləklərinəNə ağıl öyrətsən, belə gedəcək.

Dolur gözlərinə, kirpiklərinə,Çirkabı qaytarır, kiri qaytarır.Güləşə çıxmısan yellə, küləklə,Nəyi atırsansa, geri qaytarır.

Zibillik də çoxdu, zibillər də çox,Sənsə süpürgənlə təksən ki, təksən.O qədər zibil var yerin canında,Sən Allah olsan da, neyləyəcəksən?

2001, 2 aprel

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets