Tar
Oxu, tar, oxu, tar!…Səsindən ən lətif şeirlər dinləyim.Oxu, tar, bir qədar!…Nəğməni su kimi alışan ruhuma çiləyim.Oxu, tar!Səni kim unudar?Ey geniş kütlənin acısı, şərbəti-Alovlu sənəti!
Gözləri qibləyə açılan hasarlı binalarDinləmiş əzəldən səsini.Papaqlı atalar, çadralı analarÖtürmüş sayəndə köksünü.Düşmüşlər gah şirin, gah acı toruna,Sevinə-sevinə, qoruna-qoruna.
Çarparaq çargahın divardan-divaraYolçunu yolundan eyləmiş avara.Çalxanmış dərələr, təpələr,Səs vermiş səsinə ləpələr.Oxu, tar, fikrimdə oyansınBaharın, Seyidin qəzəli;Oxu, tar, ruhlansınŞirvanın, Gəncənin mehriban gözəli!Damağdan düşənlər,Ürəyi şişənlər,İlk bahar seyrinə çıxmayan,Özünü dağların döşünə yıxmayanSinəsi dağlılar,Vəfasız bir eşqin dağınıq zülfünə bağlılarDəxilin olmuşlar,Qapında təsəlli bulmuşlar.Zilin var, vəsətin, bəmin var;Sənin də quşların dəmindən ayrılanBir özgə dəmin var.Səni də avara eyləmişDağınıq telli bir "zərəfşan".Onunçün segahın danışırPərişan, pərişan.
Səsini dinləmişŞahların, xanların sarayı;Səninlə birlikdə inləmişƏsirlər alayı.Bəzən də simlərin qəmləri ovutar,Olardın onların sirdaşıSən ey tar!…Gülləri əməkçi barmaqlar qanındanRəng alan xəlçələrXəlçələr üstündə uzanmış-Dodağı qönçələr"- Hey, saqi, mədəd qıl soğudu şərabın,İncitmə könlünü bu xanə-xərabın!"-Söyləyən tox sözlü şairlər,Həvəsdən doymayan aç gözlü şairlər:Nadimlər, Vaqiflər,Gözəllik sirrinə vaqiflərHəp səni dinləmiş;Oxumuş, inləmiş.İndi də bizimçin oxu, tar!Səni kim unutar?
Sən qulluq etmədin məscidə, axunda,Çalışdın həyatı sevməyin uğrunda.Çoxları üzünə durdular,Könlünü qırdılar.Nə deyim o yekəbaşlara?!Çaldılar ruhunu daşlara.Üstündən bir qara yel kimi əsdilər,Səsini kəsdilər.Daşlandı çəkənlər nazını,Böyləcə qırdılar aşığın sazını.Sən xalqa "gül!" dedin,"Ey qüssə, öl!" dedin.Başladı məsciddə mərsiyə.Sarıqlı çıxınca ərsəyə,Qüssəmiz ölmədi,Xalqımız gülmədi.Ağladıq daim, ağladıq,
Ey qədim aşina, ağladıq.Oxu, tar! Dəyişdi zamana,Bax, indi radio səsiniDağıdır cahana.
Ey tarçı, çal, oxu!Könlümü al, oxu!Vur sazı döşünə, ey aşıq!Qalmamış nə aba, nə qəba, nə sarıq.
Oxu, tar! Alovlu izlərinƏcəba, neçə şux dilbərinYasəmən üzünü pul kimi qızartmış?O sarı simlərin lisanıSalmazmı heyrətə insanı?
Oxu, tar! Mən səndəİstənən havanı çala da bilərəm.Mən səndən bu günün zövqünüAla da bilərəm.
Sən bu gün silahsan əlimdə,Səni mən hansı bir hədəfəİstəsəm, çevirə bilərəm.Qəlblərdə gizlənən keçmişiBir yeni nəğmənin əliləDevirə bilərəm!Oxu, tar!Fabrikdə, zavodda,Traktor başında.Bu saat qarşındaNə qədər adam var!Utanma, oxu, tar!Mədənli Bakimin,Pambıqlı Gəncəmin,İpəkli ŞəkiminAcısı, şərbəti.Alovlu sənəti!
Oxu, tar, oxu, tar!Səsindən ən lətif şeirlər dinləyim.Oxu, tar, bir qadar!Nəğməni su kimi alışan ruhuma çiləyim.Oxu, tar!Səni kim unutar?Ey geniş kütləmin şirini, şərbəti-Alovlu sənəti!…
Kitabxana.az · https://kitabxana.az/en/works/musfiq-tar
Use ← → keys to move, R for a random poem
More by this author
I**Yenə könlüm uzaqlarda,
Təzə evGənc kolxozçu qardaşlarıma ithafUsta bir ev tikirdi, gözəl işdi gördüyü,
Telefon söhbətiSən məndən uzaqsan, mən səndən uzaq,Uzaqdır sevimli gözlərin mənə.
Torpaq və traktorQranit damarları ey çəlik qanlı torpaq,Paltarı sərt dəmirdən əli qalxanlı torpaq,
Poems by other poets
Bir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd
Təcnis: Ey əbrusi kaman müjgani xədəngEy əbrusi kaman, müjgani xədəngDurubsan qəsdimə yarağıla sən
Eşitcək bu sözü təbim həzan dilkəbab olduEşitcək bu sözü təbim həzan dilkəbab oldu,Açıb dürci-dəhanın əql ilən hazırcavab oldu: