Qəbirqazan
Necə də həvəslə girişib işə,Elə bil ev tikib saray ucaldır.Onun nə günahı, neyləsin, Allah –Bütün komalardan, kaşanələrdənAh-nalə qarışıq haray ucaldır.
İşi yaxşı gedir qəbirqazanın,Ayağı yeriyir, əli gətirir.Dirilər üzüldü qəm daşımaqdan,Hər gün qəbiristana ölü gətirir.
Ölü adiləşir onun gözündə,Allah bəndəsidir, kim olur olsun.Ya səsi içində batan bir nəfər,Ya haqqın səsidir, kim olur olsun.
Ölüb gedənləri insan oğlu yox,Dəyirman ağzından çıxan ah bilir.Daş harda, qum harda, kərpic hardadı,Hər şeyin yerini əzbərdən bilir.
Alın yazısını tanrıdır yazan,İşin daşdan çıxır, dəmirdən çıxır.Qaz bu qəbirləri, ay qəbirqazan,Sənin də çörəyin qəbirdən çıxır...
2001, 2 aprel
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-qebirqazan
Use ← → keys to move, R for a random poem
More by this author
Birmi, beşmi söyləməklə qurtarasan sırasını,Bu – göz eşqi, bu – qəlb eşqi, bu – can eşqi, bu – tən eşqi!
Ürəyim köksümü yarıb çıxardıÜrəyim köksümü yarıb çıxardı,Nə zaman gözlərim görsə qızları.
Mən gedincə pəncərəni bağlamaMən gedincə pəncərəni bağlama,Mən bilim ki, arxam ilə göz baxır.
Sevəsənİnsanı sevəsən, ürəklər açıla,Torpağı sevəsən, çiçəklər açıla.
Poems by other poets · Divine love
Ölməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
YetirməsinVəzir, sana qarğayıram,Haqq diləyin yetirməsin!
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yetQərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet,Qussədən gul tək saraldım, ey xuda, fəryadə yet.