Köksüz ağac
Qürbətə salmasın Allah adamı,Qürbət axırına çıxır adamın.Qaralır ocağı, səngiyir şamı,Köksüz ağac kimi yıxır adamı.
Tökülüb üstümə həsrətin yası,Yuxum ərşə çıxıb, gecə yarıdı.Qəlbimdə atamın kövrək dünyası,Yuxumda anamın laylalarıdı.
Gözümün içində yuva saldı çən,Qəlbimə xaraba, virana dedim.Dedilər, Allahdan nə istəyirsən,Bir “Vətən” söylədim, bir “ana” dedim.
2004, fevralKislovodsk
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-koksuz-agac
Use ← → keys to move, R for a random poem
More by this author
Bütöv Azərbaycan dünəndə qaldı
Bütün yaralılar baş-başa versə,Yoxdu mənim kimi yaralanmışı.
Halımı soruşub necəsən deməHalımı soruşub necəsən demə,Hər saat qulağı səsdə gəzirəm.
Kim bilir?On il bundan əvvəl hardaydı fikrim,On il bundan sonra harda, kim bilir?
Qoy yatım, yuxudan qaldırma məniQışda doğulmağım bəs edər mənə,Məni öldürəndə yaz öldür, Allah!