Uca binaların əhatəsindəDarıxar,karıxar,yeri dar məscid.Qulağı göylərin imdad səsindəLeylək boğazını uzadar məscid.

Ömrü uzun imiş sirli yalanınAllaha inam da o sirdən gəlir.Elə bil minbərdə ötən mollanınSəsi səkkizinci əsirdən gəlir...

Gör nəyə bənzəyir o minarələr,Batmış gəmilərin dor ağacına.Molla da minbərə çıxıb hər səhərSəsindən çəkilr dar ağacına.

Fikri də dəyişib ürəyi kimiSözü söhbəti də dilində qalıb.Bulud da Allahın ətəyi kimCırılıb mollanın əlində qalıb...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love